AZ

Hakan Fidan Şoyqu ilə Azərbaycan-Ermənistan sülhünü müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşünə dair yeni məlumatlar yayılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, görüş zamanı tərəflər Suriya və Qəzzadakı vəziyyəti, Azərbaycanla Ermənistan arasında hazırkı prosesləri, eləcə də Ukraynada gedən müharibəni müzakirə ediblər.

Fidan Moskvaya səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narşkinlə də görüşüb.

Türkiyə xarici işlər nazirinin Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) təşkil etdiyi tədbirdə iştirak etdiyi də bildirilir.

Hakan Fidan daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə də görüşüb.

Seçilən
164
25
oxu24.com

10Mənbələr