AZ

Lavrov Minskə işgüzar səfərə gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa rəsmi səfərə gedib.

 

Oxu24.com  xəbər verir ki, Rusiya XİN rəhbərinin təyyarəsi Minsk hava limanına enib.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlıq gətirib ki, səfər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir.

 

Onun sözlərinə görə, Lavrovun Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurasının və Milli Assambleyanın Nümayəndələr Palatasının sədrləri Natalya Koçanova və İqor Sergeenko ilə görüşü nəzərdə tutulub.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri belaruslu həmkarı Sergey Aleyniklə də danışacaq.

 

Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri Qələbə abidəsi önünə əklil qoyacaq və Belarus Prezidenti yanında İdarəetmə Akademiyasında çıxış edəcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
40
oxu24.com

10Mənbələr