Minsk və Moskva arasında qeyri-strateji nüvə qüvvələri ilə birgə təlimlərin ikinci mərhələsi Belarus Silahlı Qüvvələrinin nüvə silahından istifadə etməyə hazır olduğunu göstərdi.
Bunu Belarus Baş Qərargahının rəisi, ölkənin müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko deyib.
"Artıq əminliklə deyə bilərəm: Belarus Silahlı Qüvvələrinin bölmələri xüsusi nüvə silahlarından istifadə etməyə hazırdır", - Muraveykobildirib.
General-mayor həmçinin bildirib ki, təlimlər Rusiya və Belarus hərbçiləri arasında aydın əməkdaşlıq şəraitində keçib. Təlim çərçivəsində “İsgəndər” əməliyyat-taktiki kompleksləri təyinatlı mövqelərə yollanıb, döyüş bölmələrinə yerləşdirilən xüsusi mərmilər qəbul edilib, daha sonra hədəf növbəsinə keçiblər.