AZ

Belarus Baş Qərargahı taktiki nüvə silahının tətbiqindən danışıb

Belarusun müstəqilliyi və suverenliyi təhlükə altına düşərsə, taktiki nüvə silahı amilindən istifadə olunacaq.

 

Oxu24.com xəbər verir ki,bunu ONT-yə müsahibəsində Baş Qərargah rəisi, Belarus müdafiə nazirinin birinci müavini Pavel Muraveyko deyib.

Onun sözlərinə görə, ölkənin müdrik lideri və adekvat siyasəti var ki, bu da ona ifrata varmamağa və militarizasiyaya tələsməməyə imkan verir.

Muraveyko xatırladıb ki, Belarus digər ölkələrlə əlaqə saxlayır və hərbi-texniki sahədə əməkdaşlıq edir.

“Biz bu silahlardan necə istifadə etməyi öyrənmişik. Biz bunu inamla necə tətbiq edəcəyimizi bilirik. Biz bunu etməyə qadirik və əmin ola bilərsiniz, əgər ölkəmizin suverenliyinə və müstəqilliyinə təhlükə yaranarsa, biz bunu edəcəyik”.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
oxu24.com

10Mənbələr