AZ

Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Öncəliklə Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov bəstəkarın həyat və yaradıcılığı haqda tamaşaçılara geniş məlumat verib.

Daha sonra F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyətinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir Ordubadi) və solistlər Azərbaycan Respublikasının Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Simarə İmanova,  Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, Anar Şuşalı və Taleh Yəhyayev, Ramazan Şərifzadə, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Vəfa Vəzirova, Zabitə Alıyeva, Sərxan Bünyadzadə bəstəkarın sevilən əsərlərinin dinləyicilərə təqdim ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
11
milli.az

10Mənbələr