AZ

Gəncə Dövlət Filarmoniyasında "İntizar” operası təqdim olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenumu başa çatıb.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən xəbərə görə, sonuncu gün Gəncə Dövlət Filarmoniyasının səhnəsində librettosu filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya məxsus, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fəhmin Əhmədlinin iştirakı ilə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Gəncə Gəncə Gəncə Gəncə Gəncə
Seçilən
102
11
apa.az

10Mənbələr