AZ

Gəncə Dövlət Filarmoniyasinda "İntizar" operasi təqdim olunub - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenumu başa çatıb. 

Sonuncu gün Gəncə Dövlət Filarmoniyasının səhnəsində librettosu M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayevadır məxsus, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin "İntizar" operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Xalq artisti Əkrəm Poladov,  Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva,  Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fəhmin Əhmədlinin iştirakı ilə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev,  xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
116
11
milli.az

10Mənbələr