Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Leninqrad Hərbi Dairəsinin raket bölməsinin şəxsi heyəti "İsgəndər-M" qısa mənzilli ballistik raket kompleksi üçün xüsusi təlim sursatlarının alınması, onlarla daşıyıcı raketlərin doldurulması və müəyyən edilmiş mövqe zonasına gizli hərəkət üzrə təlim tapşırıqlarını yerinə yetirir", - nazirlik bildirib.
"Təlimdə iştirak edən Hərbi Dəniz Qüvvələrinin gəmilərinin ekipaj üzvləri dəniz qanadlı raketlərinin xüsusi təlim döyüş başlıqları ilə doldurulmasını və təyin olunmuş patrul ərazilərinə daxil olmasını həyata keçirəcək", - nazirlik əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31