AZ

Şimali Koreyadan gərginliyi artıracaq yeni addım! İki ballistik raket buraxdı

Şimali Koreya dünyanın hər an izlədiyi bölgədə 4,5 tonluq döyüş başlığı daşıya bilən yeni raketi sınaqdan keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, super böyük döyüş başlığı daşımaq qabiliyyətinə malik yeni “Hwasong-11Da-4.5” taktiki ballistik raketi uğurla sınaqdan keçib.

Sınaq raketin uçuş qabiliyyətini və maksimum 500 kilometr və minimum 90 kilometr məsafədə vurma dəqiqliyini yoxlayıb. Şimali Koreya Raket Administrasiyası iyul ayında növbəti sınaq keçirəcəyinni bildirilib.

Şimali Koreyanın son raket sınağı ABŞ, Cənubi Koreya və Yaponiyanın son olaraq Jeju adasının cənubundakı sularında həyata keçirdiyi “Freedom Edge” adlı 3 günlük hərtərəfli hərbi təlimə cavab olaraq diqqət çəkib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
158
42
konkret.az

10Mənbələr