AZ

Elektron bazalarda vətəndaşların məxfiliyi qorunmur - Deputat

Elektron bazalardan vətəndaşların məlumatlarının məxfiliyi əksər hallarda qorunmur. Bunu deputat Vüqar Bayramov deyib.
 
"Vətəndaşa öncədən məlumat vermədən onun məlumatları götürülür. Əslində isə öncədən məlumat verilməlidir,razılığı olduqdan sonra bu proses icra oluna bilər. Təəssüf ki, bu məxfilik əksər hallarda qorunmur”, - deputat iyunun 12-də Milli Məclisin  iyunun 12-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
 
Rəqəmsal və Rabitə nazirinin müavini Samir Məmmədov deputata cavab olaraq bildirib ki, vətəndaşların təhlükəsizlik məsələləri ən yüksək səviyyədə qorunur..
 
"Ölkədə kibertəhlükəsizliklə bağlı mərkəz açılıb. Hazırda orada 200-ə yaxın tələbə təhsil alır. Təhsildən əlavə Mərkəz həm də bu sahə istiqamətində fəaliyyət göstərir. Biz həm o mərkəzin potesnailından istifadə edirik, həm də xarici qurumlarla xidmətlərin göstərilməsi istiqamətində danışıqlar aparırıq”, - nazir müavini bildirib.
 
Gülnar Nazimqızı 
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
anews.az

8Mənbələr