AZ

Əmək müqaviləsinin bağlanması və xitam verilməsi elektron sistem üzərindən həyata keçiriləcək

Əmək

Bakı, 12 iyun, AZƏRTAC

Əmək müqaviləsinin bağlanması və xitam verilməsi elektron sistem üzərindən həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Əmək Məcəlləsinə dəyişikliklə, əmək müqaviləsinə məcəllənin 68, 69, 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq, xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Elektron sənəd formasında bağlanməş əməK müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq, işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti içinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Dəyişikliklərlə, Əmək Məcəlləsinə uyğun olaraq ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və "Dövlət sirri haqqında" Qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, əmək müqaviləsi elektron sənəd formasında bağlanılanda sosial sığorta nömrəsi (SSN) təqdim edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
8
azertag.az

8Mənbələr