AZ

Elektron xidmətlər pulsuz olacaq?

Bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşlara pulsuz təqdim olunur.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir:

“Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”.

Deputat qeyd edib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb: “Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imza xüsusən də aqrar sektorda çalışanlar üçün əlavə xərc yaradır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
8
oxu24.com

8Mənbələr