AZ

Peskov: "Ukrayna ilə ticarət üzrə xüsusi nümayəndəyə artıq ehtiyac yoxdur"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə ticarət-iqtisadi əlaqələrin inkişafı üçün artıq çoxdan xüsusi nümayəndəyə ehtiyac duymur.

Oxu24.com-un xəbərinə görə, Peskov belə bir mövqeyə ehtiyacın çoxdan yoxa çıxdığını vurğulayıb.

Qeyd edək ki, əvvəllər bu vəzifəni Dmitri Livanov tuturdu. Lakin 2018-ci ilin payızında istefa verdikdən sonra bu vəzifəyə başqa heç kim təyin edilməyib.

Xatrladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin onun administrasiyasının yeni strukturunu təsdiq edən fərman imzalayıb. Sənədə əsasən, ştat vahidlərinin sayından Rusiya Federasiyası Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsi çıxarılıb. Eyni zamanda, idarənin tərkibində yeni şöbələr formalaşdırılıb.

Yeganə

Mənbə: RİA.ru
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
28
oxu24.com

10Mənbələr