AZ

Peskov Makronun dediklərini təxribat adlandırıb

"Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişədə iştiraka hazır olması barədə danışarkən təxribat xarakterli bəyanatlara yol verir".

Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, Fransanın Şimali Atlantika Alyansının və Avropa Birliyinin üzvü olduğunu vurğulayıb:

"Biz bu bəyanatları çox təxribatçı və qitədə gərginliyi artıran hesab edirik", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Dmitri Peskov Makronun Ukraynaya mütləq dəstək nümayiş etdirməsinə, hətta münaqişəyə qarışmağa hazır olduğunu bildirməsinə də diqqət çəkib. Daha əvvəl Kremlin nümayəndəsi bildirib ki, ABŞ və digər NATO ölkələri münaqişəni davam etdirmək üçün Ukraynanı hər cür təhrik edir və qəsdən gərginliyin yeni mərhələsinə daxil olurlar.

Mənbə: Mk.ru

Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
28
oxu24.com

10Mənbələr