AZ

İrəvanda sinaqoqa hücum edildi

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxslər sinaqoqa hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, hücum edənlər binanın pəncərələrinə daş ataraq onları sındırıb. Polis antisemit insidenti araşdırır.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri İrəvanın yeganə sinaqoquna bir neçə oxşar hücum edilib, o cümlədən məbədi yandırma cəhdləri olub.

Seçilən
144
50
axar.az

10Mənbələr