AZ

Moskvada sərxoş şəxs onu soymaq üçün təqaüdçüyə hücum edib

Moskvada polis təqaüdçünü soymağa cəhd etməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib. 

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə Baqritski küçəsində baş verib. Əvvəllər dostları ilə içki içən sərxoş şəxs skamyada oturub telefonla danışan pensiyaçıya yaxınlaşaraq ona bir neçə zərbə endirib. Daha sonra təcavüzkar telefonunu tanımadığı şəxsin əlindən almaq istəsə də, o, müqavimət göstərdiyindən heç nə alınmayıb. Nəticədə hücum edən şəxs qaçıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis şübhəli şəxsi müəyyənləşdirərək saxlayıb. Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
32gun.az

10Mənbələr