AZ

Rusiya Xarkovda polis maşınına və sərnişin avtobusuna dronlarla hücum edib - FOTO

Rusiya işğalçıları Xarkov vilayətinin Kupyansk şəhərində polis maşınlarına və sərnişinləri olan avtobusa pilotsuz təyyarələrlə hücum ediblər. Xəsarət alanlar arasında polis əməkdaşları da var.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Milli Polisin Xarkov vilayəti üzrə baş idarəsinin rəisi Vladimir Timoşkoy "Facebook"da məlumat yayıb.

Dünən, iyunun 13-də Rusiya ordusu FPV dronları ilə Kupyanska hücum edib. Hücum nəticəsində polisin xidməti avtomobili, reys avtobusu, şəxsi avtomobil, kafe və yaşayış binalarına ziyan dəyib.

60 yaşlı kişi və iki polis əməkdaşı qəlpə yaraları alıb.

Xarkov vilayəti polisinin İstintaq İdarəsinin rəisi Sergey Bolvinov hücumun nəticələrini əks etdirən fotoşəkilləri nümayiş etdirib. Onun sözlərinə görə, hücum zamanı avtobusda 15 sərnişin və sürücü olub. İnsanların xəsarət almaması möcüzə olub.

QAZİLER.AZ

Seçilən
125
50
qaziler.az

10Mənbələr