AZ

Ermənistan MTX müxalifətə xəbərdarlıq edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) müxalifətin “Vətən naminə” hərəkatının bu gün günortadan sonra parlament binası yaxınlığında keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu dəyişmək cəhdlərinə qarşı xəbərdarlıq edib. Bizimyol.info xəbər verir ki, MTX-nin açıqlamasında: “Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın zərərsizləşdiriləcəyini bildirir”, - deyə qeyd edilir. Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi binanın daxilində hökumət saatı təyin olunduğu bir vaxtda müxalifət parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
bizimyol.info

9Mənbələr