AZ

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Bakı.TurkicWorld:

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin "Vətən naminə Tavuş" hərəkatının bu gün günortadan sonra parlament binası önündə keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilir:

"Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın qarşısı alınacaq".

Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət saatının keçiriləcəyi vaxt parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
6
turkic.world

9Mənbələr