AZ

Ermənistan Təhlükəsizlik Xidməti müxalifətə xəbərdarlıq edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti müxalifətin “Vətən naminə Tavuş” hərəkatının bu gün günortadan sonra parlament binası yaxınlığında keçiriləcək mitinqi fonunda təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.

“Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranışın zərərsizləşdiriləcəyini bəyan edirik”, – məlumatda deyilir.

Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi hökumət iclasının təyin olunduğu bir vaxtda müxalifət parlament binası yaxınlığında böyük mitinq keçirməyə hazırlaşır.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
6
azpost.info

9Mənbələr