AZ

Xəqani Abdullayev: Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir

Hansısa coğrafi bölgədə sənaye zonalarının salınması o zaman mümkün olur ki, orada qiymətləndirmələr aparılır, həmin bölgənin iqtisadi potensialı və onu hərəkətə gətirmək yolları müəyyən edilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev deyib.

O, qeyd edib ki, coğrafi meyarlar və digər amillər nəzərə alınaraq sənaye zonaları yaradılır:

“Qarabağda Ağdam və Cəbrayılda iki sənaye parkı fəaliyyətə başlayıb. Qarabağda ümumiyyətlə sənaye zonalarında mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir. Hacıqabulda isə sənaye məhəlləsi statusunu sənaye parkına çevirmək prosesi gedir. Gəncədə də yeni sənaye zonasının yaradılmasına başlanılıb. Maksimum çalışırıq ki, həmin iqtisadi səmərəlilik meyarları əsasında bu və ya digər zonada bu sənaye parkı və məhəllərinin sayını artıra bilək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
49
banker.az

10Mənbələr