AZ

Avropada qazın qiymətinin 2024-2025-ci illərdə stabil səviyyədə olacağı proqnozlaşdırılır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

“ING Group”un məlumatına əsasən, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və 29 avro səviyyəsində (elektrik enerjisi ekvivalentində – MVt-saat üçün) saxlayıb.

Bundan başqa “ING Group” Avropada qazın 2026-cı ildə qiymətinin 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
banker.az

10Mənbələr