AZ

Putin: “Bu il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13% artıb”

Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13% artıb.

Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4.5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu istiqamətdə tendensiya yaxşıdır: 13%-lik artım”, – o bildirib.

V.Putin, həmçinin Azərbaycan Prezidentinə “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin inkişafı məsələlərinin müzakirəsini təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
49
banker.az

10Mənbələr