AZ

“Teylor Svift çox gözəldi, lakin liberaldır” - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Variety-nin baş redaktoru Ramin Setodehin yeni kitabında müğənni Teylor Svift haqqında fikirlərini bölüşüb.   manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Apprentice in Wonderland: How Donald Trump and Mark Burnett Took America Through the Looking Glass” adlı kitabda Tramp Taylor Sviftin nə qədər gözəl olduğunu vurğulayıb. 77 yaşlı Tramp Svift haqqında fikirləri ilə bağlı suala belə cavab verib: "Düşünürəm ki, o, çox gözəldir! Mən onu çox gözəl hesab edirəm. Onun liberal olduğunu düşünürəm. O, yəqin ki, Trampı sevmir. Məncə, o, çox gözəldir, əslində - qeyri-adi dərəcədə gözəldir!" Svift, "Mən keçmişdə siyasi fikirlərimi açıq şəkildə ifadə etməkdə istəksiz idim, lakin son iki ildə həyatımda və dünyada baş verən müəyyən hadisələrə görə indi bu barədə çox fərqli hiss edirəm", - deyib. 2020-ci ildə Co Bayden və Kamala Harrisi dəstəklədiyini açıqlayan Svift, Donald Trampa qarşı olduğunu açıq şəkildə ifadə edib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
29
manset.az

10Mənbələr