AZ

İsrail iki cəbhədə müharibə aparacaq..?

The Times of İsrael qəzetinin məlumatına görə, Livanın şiə hərəkatı "Hizbullah", İsrailin şimal ərazilərinə 100-dən çox raket atıb. "Bu, müharıbə başlayandan bəri "Hizbullahın" İsrail ərazilərinə etdiyi ən iri miqyası hücumudur. Bildirilir ki, qruplaşma, bu hücumu  ötən gün öldürülən yüksək vəzifəli komandirinin intiqamı məqsədiylə həyata keçirib. 

İsrail artıq Livana hücum etməyə hazırlaşır və bu o deməkdir ki, iki cəbhədə müharibə aparmaq fikirindədir. 

Yəhudi dövlətinin xarici kəşfiyyat üzrə xüsusi əməliyyatlar departamentinin keçmiş rəhbəri Xaim Tomer bəyan edib ki, Livan şiə hərəkatı "Hizbullahla" müharibəyə başlamaq, İsrailin mövcudluğuna təhlükə yarada bilər. O, qeyd edib ki, hərəkatın 150 min başlıqlı raket arsenalı var və "Hizbullah" bir gündə iki min raket zərbəsi endirmək imkanına malikdir. İsrail isə, HƏMAS-la  döyüşlərdə hərbi potensialının yarısından çoxunu istifadə edib. 

Bundan başqa bildirilir ki, İsrailin müdafiə ordusu, "Dəmir Qubbə" hava hücumundan müdafiə sistemləri, iyunun 7- də, pilotsuz uçuş aparatının İsrailin hava məkanına daxil olmasının qarşıslnı ala bilməyib, "Hizbullaha" məxsus olduğu güman edilən dronu vura bilməyiblər.

 Beləliklə, Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrailin ikinci cəbhə açması digər ərəb ölkələrini də hərəkətə keçirə bilər...

 Rüstəm Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
adalet.az

10Mənbələr