AZ

Qəzzaya gedən 2 mindən çox yük maşını Misirdə gözləyir

İsrail ordusunun davam edən hücumları və Rəfah Sərhəd Qapısının bağlanması səbəbindən Qəzza zolağına getməyi planlaşdırılan humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözləməli olduğu açıqlanıb.

 

Oxu24.com xəbər verir ki, Misirdə Qəzzaya getmək üçün gözləyən çoxlu yük maşınının görüntüsü Avropa Birliyi Mülki Müdafiə və Humanitar Yardım Baş Müdirliyinin sosial media hesabında paylaşılıb.

 

Təxminən 2,3 milyon fələstinlinin aclıqla mübarizə apardığı Qəzzaya yardım və ticarət məhsulları daşıyan yük maşınlarının bölgədə cəmləşdiyi müşahidə edilib.

 

Refah Sərhəd Qapısı mayın 7-dən bağlıdır

 

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması ilə bağlı xəbərdarlıq edib.

 

Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

 

Qəzza zolağının İsraildən başqa xarici dünyaya yeganə qapısı olan Rəfah Sərhəd Qapısının bağlanması ərzaq qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə təsir edir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
oxu24.com

7Mənbələr