AZ

Məzunu olduğu lisey də Ceyhunla bağlı paylaşım etdi

Xəbər verdiyimiz kimi, 2 gün öncə itkin düşən ordumuzun hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında itkin düşdüyü istiqamətdə aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, Ceyhunla bağlı təhsil aldığı Akademik Zərifə Əliyeva adına lisey də paylaşım edib.

“Naxçıvanda Günnüt istiqamətində naməlum şəraitdə itkin düşən liseyimizin 2016-cı il məzunu Ceyhun Hüseynovun bu gün nəşi tapılıb.

2016-cı ildə liseyimizi qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. Xidmətin bitməsinə 20 gün qalmışdı.

Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
qafqazinfo.az

5Mənbələr