AZ

Liseydən şəhid olan məzunu ilə bağlı PAYLAŞIM

Məlum olduğu kimi, 2 gün öncə itkin düşən ordumuzun hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında elə həmin ərazidə aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, təhsil aldığı Akademik Zərifə Əliyeva adına lisey Ceyhunla bağlı paylaşım edib.

“Naxçıvanda Günnüt istiqamətində naməlum şəraitdə itkin düşən liseyimizin 2016-cı il məzunu Ceyhun Hüseynovun bu gün nəşi tapılıb.

2016-cı ildə liseyimizi qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. Xidmətin bitməsinə 20 gün qalmışdı.

Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!”, - paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
tehsil.biz

5Mənbələr