Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov da eyni fikirlərlə çıxış edib:
“Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, eləcə də İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.
Məsələyə sosioloq Lalə Mehralı da münasibət bildirib.
O, Demokat.az-a açıqlayıb ki, cəmiyyətin əksər hissəsi qohum evliliklərinin qadağan edilməsinin tərəfdarıdır:
“Bu işdə maarifləndirmə də ciddi rol oynayacaq. Lakin möcüzələr gözləyə bilmərik. Çünki bu günə qədər maarifləndirmənin bəzi məsələlərdə işə yaramadığının şahidi olmuşuq. Məsələn, selektiv abort, erkən nikah problemlərində maarifləndirmə heç bir nəticə vermədi. Bir düşüncə tərzi var ki, dövlət, qanun nə deyir, desin, mən yenə öz bildiyimi edəcəyəm, insanlar bu cür davranır. Ona görə də hesab edirəm ki, maarifləndirmə bizim kimi cəmiyyətlərdə effektli olmur, cəza tədbiri daha çox nəticə verir. Cəzaların tətbiqi ciddi nəticə verə bilər. Mexanizmin necə qurulması da önəmlidir. Bu günə qədər Milli Məclisdə irəli sürülən təkliflərdən deyə bilərəm ki, bu təklif ən lazımlısıdır”.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
bizim.mediaMaarifləndirmə, qadağa, yoxsa... – Qohum evlilikləri ilə bağlı yeni qaydalar NƏYİ DƏYİŞƏCƏK? ( 7555792)
-
turan.azQohum evliliyi ləğv edilir, amma... ( 7553197)
-
musavat.comQohum evliliyinin ləğvi məsələsi müzakirələrə səbəb oldu- Ekspertlərdən fərqli fikirlər ( 7537771)
-
demokrat.azCəmiyyətin əksər hissəsi bunun tərəfdarıdır”— Qohum evlilikləri qadağan olunur? ( 7513294)
-
musavat.comQohum nikahlarla bağlı qadağa xoş qarşılanmadı: sağlam gələcək, yoxsa insan haqları... ( 7512943)
-
tempinfo.azDeputatlar qohum evliliyini müzakirə etdi: “Bu qadağa bizə problemlər yarada bilər” ( 7507720)
-
viral.azBu qadağa bizə problemlər yarada bilər ( 7507375)
-
index.azDeputat: Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər ( 7507345)
-
modern.azDeputatlar qohum evliliyini müzakirə etdi: "Bu qadağa bizə problemlər yarada bilər" ( 7507222)
-
moderator.azQohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov ( 7503574)