AZ

İri bankın dollar istiqrazlarının yerləşdirilməsi baş tutacaq tarix açıqlandı - 7 FAİZ GƏLİR TƏKLİFİ

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

12 iyun 2024-cü il tarixindən başlayaraq 21 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır.

İstiqrazlar üzrə yerləşdirmə 24 iyun 2024-cü il tarixində baş tutacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005158

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

İstiqrazın sayı: 300,000 (ədəd)

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

Buraxılış həcmi: 30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi: 7%

Ödəmə Periodu: Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti: 7 il

Anderrayter: “Paşa Kapital  İ.Ş” QSC

Ticarətə buraxılma tarixi: 24.06.2024

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
6
marja.az

9Mənbələr