AZ

"Kapital Bank”ın 50 milyonluq istiqrazlarının yerləşdiriləcəyi tarix açıqlanıb

13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 50,000,000 (əlli milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 14 iyun 2024-cü il tarixindən başlayaraq 25 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 27 iyun 2024-cü il tarixində baş tutacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2011005157

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı: 500,000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 50,000,000 manat

İllik gəlirlilik faizi: 10%

Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq

Tədavül müddəti: 1 il

Ticarətə buraxılma tarixi: 27.06.2024

Anderrayter: “PAŞA Kapital  İ.Ş” QSC

Seçilən
119
6
marja.az

9Mənbələr