AZ

Azərbaycan bankının Dollar istiqrazları yerləşdiriləcək - TARİX, ŞƏRTLƏR

28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

"Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 1 iyul 2024-cü il tarixindən başlayaraq 5 iyul 2024-cü il tarixinə kimi 5 iş günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 8 iyul 2024-cü il tarixində baş tutacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012005156

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

İstiqrazın sayı: 300,000 (ədəd)

Nominal dəyəri: 100 ABŞ dolları

Buraxılış həcmi: 30,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi: 7%

Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq

Tədavül müddəti: 7 il

Ticarətə buraxılma tarixi: 08.07.2024

Anderrayter: “PAŞA Kapital  İ.Ş” QSC

Seçilən
95
6
marja.az

9Mənbələr