AZ

DünyaMakron prezident postundan istefasını şərh etdi

SİZİN REKLAM BURADA!055 213 76 73

Fransa Prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, vəzifəsindən istefa verməyi nəzərdə tutmur.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

"‘Milli Birlik’ partiyası konstitusiya yazmır və bu, onun ruhuna uyğun deyil. Qanunverici institutların yeri müəyyən olunub, seçkilərin nəticəsi nə olursa olsun, prezidentin yeri də müəyyən olunub. Bu mənim üçün toxunulmazdır," - deyə Fransa lideri bildirib.

Beləliklə, o, Avropa Parlamentinə (AP) seçkiləri şərh edib. AP-nin funksiyalarına Avropa Komissiyasının (AK) qanunvericilik təşəbbüslərini nəzərdən keçirmək daxildir. Fransada səsvermənin nəticələrinə görə, təxminən 32 faiz səsi lideri Marin Le Pen olan "Milli Birlik" partiyası toplayıb.

Seçkilərin nəticələrinə cavab olaraq, Makron parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib. Birinci tur 30 iyunda, ikinci tur isə 7 iyulda keçiriləcək. O, həmçinin, baş nazir Qabriel Attalın rəhbərlik etdiyi öz partiyası "Yenidənqurma" hökumətinin istefasını qəbul edib.

BUna qədər "Europe1" radiostansiyası Avropa Parlamenti sağ qüvvələrin qələbəsi ilə nəticələnən seçkilərin nəticələrinə görə Makronun istefa vermə ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
43
far.az

10Mənbələr