AZ

Bu 3 aya diqqət edin! Qəfil yağışlar və daşqınlar ola bilər

İsti havalar artıq öz təsirini göstərməkdədir. Yağıntıların azlığı  və qeyri-müntəzəmliyi quraqlığa səbəb olur.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə iyul, avqust və sentyabr aylarında qəfil yağan yağışların daşqınlara səbəb ola biləcəyinə dair xəbərdarlıq edirlər.

Ötən ilin yayında başlayan El-Nino bütün dünyaya təsir etməkdə davam edir.

Türkiyəli professor Yusuf Dəmir son 5 ayın quraqlıq və yağış xəritələrinə baxdıqda ölkənin bir çox bölgəsində quraqlığın hökm sürdüyünü  bildirib.

Qış və yaz aylarında yağıntıların olmamasının qrunt sularına mənfi təsir etdiyini bildirən Dəmir, “Qarşıdakı dövrdə  temperaturun yüksək olması və quraqlığın hökmranlığı həm insan həyatına, həm də kənd təsərrüfatına birbaşa təsir etmə ehtimalı çox böyükdür. Bu prosesi dəyərləndirərkən ümid edirik ki, qarşıdakı iyul, avqust və sentyabr aylarında kifayət qədər yağış düşəcək. Məlumatlar göstərir ki, bu proses daha bir müddət davam edəcək. Bütün bunlar  bizdən həm kənd təsərrüfatı, həm də suvarma fəaliyyətlərində mənbə nöqtəsində ciddi tədbirlər görməyi tələb edir. Qarşıdan gələn prosesin dəyərləndirilməsi  insan sağlamlığı üçün də vacibdir”- deyə bildirib.


Qurban bayramında yağış ehtimalının az olduğunu bildirən Prof. Dr. Yusuf Dəmir belə davam etdi:

"Təkcə yağışın olmaması deyil, həm də nizamsız yağışlar da quraqlığın nəticəsidir, quraqlığın təsiridir. Biz bunun təsirini bu yaxınlarda Ankarada baş verən sel fəlakəti ilə görmüşük. Bu nöqtədə diqqətli olmaqda fayda var. Önümüzdəki günlərdə bəzi bölgələrdə xüsusilə iyul, avqust və sentyabr aylarında ani yağışlar və sel təsirli ola bilər."


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
10
sherg.az

10Mənbələr