AZ

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs planını müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb və onunla Qəzza zolağında atəşkəs planını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, Blinken və Qalant bütün girovların azad edilməsinin təmin edilməsi və Qəzza zolağına humanitar yardımın göstərilməsi barədə müzakirələr aparıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
35
apa.az

10Mənbələr