AZ

Polşanın silah zavodunda partlayış: ölən var

Bakı. Trend:

Polşanın cənub-şərqindəki Sventokşisk hərbi bazasındakı “Mesko”silah zavodunda güclü partlayış baş verib.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində müəssisənin 59 yaşlıəməkdaşı ölüb.

Qeyd edilir ki, son üç ildə müəssisədə daha iki partlayış başverib. Hər iki halda komissiya təxribat amilini istisna edib.

Qeyd edək ki, “Mesko” Polşanın 100 ildən çox tarixi olan silahzavodudur. SSRİ dövründə orada mülki təyinatlı məhsullar, ocümlədən velosipedlər, diyircək dəzgahları, tekstil maşınları vətoxuculuq dəzgahları, hesablama maşınları, elektron kalkulyatorlarvə s. istehsal edilib. 1990-cı illərin əvvəllərində zavodyenidənqurma prosesindən keçib və təkrarən silah istehsalınayönəlib. “Mesko” hazırda “Polska Grupa Zbrojeniowa SA” Qrupunun birhissəsidir və əsasən raket və sursat istehsal edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
az.trend.az

8Mənbələr