AZ

Polşada silah zavodunda partlayış: ölən var

Polşanın cənub-şərqindəki Sventokşisk hərbi bazasındakı “Mesko” silah zavodunda güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə müəssisənin direktoru Eljbeta Srenyavska bildirib.

“Bir neçə il əvvəl istismara verilən raket yanacağı mərkəzində partlayış baş verib”, - deyən direktor hadisə nəticəsində ölənlərin ola biləcəyini söyləyib. Hazırda ərazidə yanğınsöndürmə briqadası və sanitar aviasiya helikopteri fəaliyyət göstərir.

Yerli polis idarəsindəki komissar köməkçisi Yaroslav Gvozdz partlayış nəticəsində müəssisənin 59 yaşlı əməkdaşının öldüyünü açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
publika.az

8Mənbələr