AZ

Polşanın silah zavodundakı partlayış nəticəsində bir nəfər ölüb

Polşanın cənub-şərqindəki Sventokşisk hərbi bazasındakı "Mesko" silah zavodunda güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə "RMF FM" radiostansiyasının efirində müəssisənin direktoru Eljbeta Srenyavska bildirib. Məlumatı "Wyborcza" qəzeti yayıb.

"Bir neçə il əvvəl istismara verilən raket yanacağı mərkəzində partlayış baş verib", - deyən direktor hadisə nəticəsində ölənlərin ola biləcəyini söyləyib. Hazırda ərazidə yanğınsöndürmə briqadası və sanitar aviasiya helikopteri fəaliyyət göstərir.

Yerli polis idarəsindəki komissar köməkçisi Yaroslav Gvozdz qəzetə müsahibəsində partlayış nəticəsində müəssisənin 59 yaşlı əməkdaşının öldüyünü açıqlayıb. Qəzet qeyd edir ki, son üç ildə müəssisədə daha iki partlayış baş verib. Hər iki halda komissiya təxribat amilini istisna edib.

Qeyd edək ki, "Mesko" Polşanın 100 ildən çox tarixi olan silah zavodudur. SSRİ dövründə orada mülki təyinatlı məhsullar, o cümlədən velosipedlər, diyircək dəzgahları, tekstil maşınları və toxuculuq dəzgahları, hesablama maşınları, elektron kalkulyatorlar və s. istehsal edilib. 1990-cı illərin əvvəllərində zavod yenidənqurma prosesindən keçib və təkrarən silah istehsalına yönəlib. "Mesko" hazırda "Polska Grupa Zbrojeniowa SA" Qrupunun bir hissəsidir və əsasən raket və sursat istehsal edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
5
day.az

8Mənbələr