AZ

“Azərbaycan və Türkiyə prezidentlərinin mütəmadi görüşü regional təhlükəsizlik baxımından vacibdir”

“Azərbaycan-Türkiyə prezidentlərinin mütəmadi görüşü regional təhlükəsizlik baxımından vacibdir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, hər zaman oloduğu kimi bu gün də Azərbaycan və Türkiyəni parçalamaq istəyən qüvvələr var:

 

“Tarixən həm Azərbaycan, həm də Türkiyəni parçalamaq istəyən, bu dövlətlərin daxilində gərginliklər, qarşıdurmalar yaratmaq istəyən böyük güclər olub. Bu güclər bu gün də mövcuddur. Hansı ki, bu qüvvələr Vətən müharibəsi vaxtı da Qarabağın işğalda qalmasına, Azərbaycanın məğlub olmasına çalışırdı. Lakin həm Azərbaycan, həm də Türkiyə sübut etdi ki, onları parçalamaq, məhv etmək mümkün deyil.

 

Bu gün bütün regionun təhlükəsizliyi və tərəqqisi Azərbaycan və Türkiyədən, bu iki qardaş ölkənin birgə əməkdaşlığından asılıdır. Azərbaycan və Türkiyə prezidentləri, habelə bu dövlətlərin hökumət təmsilçiləri arasında  keçirilən silsilə görüşlər, Bakı və Ankaranın birgə əməkdaşlıqda, koordinasiyalı fəaliyyətdə son dərəcə maraqlı olduğunu göstərir.

 

Bu baxımdan Prezident İlham Əliyevin Türkiyə səfərinin iki dövlət arasındakı münasibətlərlə yanaşı, regional təhlükəsizlik və inkiafa da böyük töhfə verəcəyi birmənalıdır”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
22
moderator.az

10Mənbələr