AZ

Azərbaycanla Türkiyə arasında intensiv müzakirələr – “Belə vəziyyətdə Şuşa Bəyannaməsi işə düşür...”

“Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşdən əlavə bu gün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, üstəgəl, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb”, - o əlavə edib.

Ekspert bildirib ki, bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. “Belə vəziyyətdə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var”, - E.Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
22
azpolitika.info

10Mənbələr