AZ

Almaniya ukraynalı qaçqınları evlərinə qayıtmağa məcbur etmir, Çexiya isə...

Almaniya

Almaniya ukraynalı qaçqınlara evlərinə qayıtmaları üçün təzyiq etməyi planlaşdırmır və onlar Ukraynaya nə vaxt qayıdacaqlarına özləri qərar verə bilərlər.

Reyting.az
“Spiegel” nəşrinə istinadla bildirir ki, bunu ölkənin inkişaf naziri Svenya Şulze deyib.

“Onların vətənlərinə nə vaxt qayıtmaq istəməsi ilə bağlı qərar Almaniyaya sığınacaq tapmış ukraynalıların üzərinə düşür”, - Şulze deyib.

Bununla yanaşı, Şulze qeyd edib ki, Ukraynada ixtisaslı işçi qüvvəsi çatışmazlığı var. Onun sözlərinə görə, Almaniya, Polşa və ya digər ölkələrdə müdafiə axtaran ukraynalılar bu problemin həllinə öz töhfələrini verə bilərlər.

Bununla belə, nüans ondan ibarətdir ki, “qaçqınların Almaniyada və ya digər Avropa İttifaqı ölkələrində əldə etdikləri peşəkar ixtisaslar hələ Ukraynada avtomatik olaraq tanınmır”. Alman nazir Ukraynanı bu problemi mümkün qədər tez həll etməyə çağırıb.

Xatırladaq ki, mayın əvvəlində Almaniyanın “Bild” nəşri yazıb ki, Almaniyada Ukraynadan olan 1,1 milyon qaçqın qeydiyyata alınıb, bunun da 716 mini 15 yaşdan 65 yaşa qədər əmək qabiliyyətli yaşda olanlardır. Eyni zamanda, onlardan yalnız 113 min nəfərinin sosial paketlə rəsmi işi var, 36 min nəfəri isə yarımştatdır. Bir çox ukraynalı qeyd edib ki, sosial xidmətdən aldıqları ödənişlər “çox yaxşı”dır və yaşamaq üçün kifayətdir.

Çexiyada isə ukraynalıların evlərinə könüllü qayıtması üçün pilot layihəyə start verilib. Orada qaçqınlar üçün avtobus biletlərinin pulunu Praqanın ödəyəcəyi nəzərdə tutulur. Üstəlik, xəstə ukraynalılara hətta təcili yardım maşınında gediş haqqı ödəniləcək.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
reyting.az

10Mənbələr