AZ

Rusiya-Ukrayna müharibəsi: ruslar müdafiə xəttinin yaxınlığında irəliləyir

Rusiya-Ukrayna

Rusiya ordusu Çasovoy Yar şəhərində Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə xəttini keçməyib, lakin onlar fəal şəkildə şərqə doğru irəliləyirlər.

Reyting.az
xəbər verir ki, bunu “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun spikeri Nazar Voloşin bildirib.

Qeyd edək ki, internetdə rus əsgərlərinin Çasovoy Yardakı evlərin xarabalıqları ilə hərəkətini əks etdirən video yayılıb. Voloşinin sözlərinə görə, video Ukrayna hərbçilərinin şəhərdəki əsas müdafiə xətti olan Donets-Donbass kanalının şərqində, Kanal mikrorayonunda çəkilib.

“İşğalçılar əsas müdafiə xəttini keçməyib, lakin bu mikrorayonda şərqə doğru fəal şəkildə hərəkət edirlər”, - deyə spiker əlavə edib.

Öz növbəsində, Rusiya təbliğatı rus ordusunun mikrorayonda 500 metr irəlilədiyini, bəziləri isə daha irəli getdiyini bildirir. Amma Voloşin deyir ki, ruslar bu mikrorayonlarda Çasov Yarı ələ keçirməyə, həmçinin İvanovski, Kleşçeevka, Andreevka istiqamətində - şəhərin cənub-qərbinə hücum etməyə çalışırlar.

O əlavə edib ki, hücumlar zamanı Rusiya ordusu təkcə piyada birləşmələrindən deyil, həm də tanklardan və zirehli texnikalardan istifadə edir:

“Rusiya ordusu səylərini gücləndirsə də, heç bir uğur əldə etməyib. Onlar Çasovoy Yar yaxınlığında aktiv şəkildə artilleriya hücumları, hava zərbələri və pilotsuz təyyarələrdən istifadə edirlər”.

Qeyd olunur ki, Ukrayna hərbçiləri Çasovoy Yar yaxınlığındakı kəndə nəzarət etmək üçün geri qayıdıblar. “Bild” nəşrinin analitiki Julian Röpke bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kalinovka kəndini rus qoşunlarından geri alıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
reyting.az

10Mənbələr