AZ

Ukrayna ordusu rus işğalçılara ağır zərbələr endirir

Rus qoşunları Ukraynadakı döyüş meydanında böyük irəliləyişə nail ola bilmir. Ukrayna ordusu uzaq məsafədən zərbələrlə ruslara ciddi ziyan vurur.

Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Ruslar yaz və yay aylarında yenidən hücuma keçməyə cəhd etdilər, lakin indiyə qədər yalnız kiçik uğurlar əldə ediblər. Rusiyanın böyük irəliləyiş etmək üçün imkan və gücə malik olduğuna dair heç bir əlamət yoxdur”, - Stoltenberq AFP-yə bildirib.

Onun sözlərinə görə, ukraynalılar cəbhə xəttini saxlaya bilir:

“Ukrayna ordusu həm cəbhə xəttində, həm də Rusiya ərazisinə zərbələr endirməklə rus işğalçılara ağır itkilər verməyə davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
axar.az

10Mənbələr