AZ

Qozun bu faydalarını biləndən sonra hər gün 2 dənə qoz yeyəcəksiz - Video

Qozun bu faydalarını biləndən sonra hər gün 2 dənə qoz yeyəcəksiz - Video

Özəl

 14:33 10.06.2024

  

 318

Qozun misilsiz və möcüzəvi faydaları hələ eramızdan əvvəl də insanlara məlum idi. Qədim Bizans imperiyası dövründə kahinlər qoz ləpəsi yeməyi sadə insanlara qadğan etmişdi. Ona görə ki, onlar sadə insanların qoz yeyib ağıllanacağını, üsyan edəcəyini düşünürdülər. Yəni, qoz hələ o dövrdən “ağıl mənbəyi” sayılırdı.

1. Ürək xəstəliklərinin qarşısını alır. Qan dövranındakı yüksək xolesterol səviyyəsinin ürək problemlərinə səbəb olduğunu bilirik. Qozun tərkibində orqanizm üçün zərərli olan LDL xolesterol və triqliserit səviyyələrini azaltmağa kömək edən yağ turşuları var. Üstəlik, qoz qan təzyiqini aşağı salmağa kömək edir. Bu da infarkt, iflic və kardiyovaskulyar xəstəlik riskini azaldır. 2. Çəkiyə nəzarət. Qoz yeyərkən insan özünü uzun müddət tox hiss edir. Təbii ki, tox insan da yemək axtarmır. Beləcə, gün ərzində yemək öynələrini azaltmaq mümkün olur. 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, mütəmadi olaraq qida rasionuna qoz daxil edənlərdə maddələr mübadiləsi daha nizamlı və sürətli baş verir. İstənilən pəhrizə qoz daxil etməklə, yemək porsiyalarını azaltmaq mümkündür. 3. Sağlam sümüklər. Qozun tərkibində sümük sağlamlığı üçün lazım olan mis və fosfor var. Mis çatışmazlığı orqanizmdə osteoporoz riskini artıra bilər, yəni, sümüklər zəifləyər, sümükdə ərimə, deşilmə halları yarana bilər. Ona görə də, daimi qoz yemək sümüklər üçün faydalıdır. Misdən əlavə, sümüklərinizin möhkəmlənməsi üçün maqnezium və kalsium da lazımdır. Yaxşı xəbər: qoz hər iki mineralla da zəngindir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
demedia.az

10Mənbələr