AZ

Əncirin faydaları -  qəbizlik, təzyiq, xərçəng, piylənmə...

Əncirin Əncirin faydaları -

Əncir bütün dünyada ən çox istifadə edilən meyvələr sırasındadır.

E-saglam.az xəbər verir ki, digər tərəvəz və meyvədə olduğu kimi, ənciri də mövsümündə istehlak etmək vacibdir.

İl boyu qurudulmuş əncir əldə edə bilsək də, təzə əncir üçün avqust və sentyabr aylarını gözləməliyik. Sayt yaratmaq

Əncir təkcə dadı ilə deyil, həm də insan sağlamlığına faydaları ilə seçilir. Tərkibində pəhriz lifi, minerallar, vitaminlər və antioksidantlar var və orta ölçülü əncirin kalorisi cəmi 35-40 kaloridir. Sağlamlığa ciddi faydaları olan əncirin tərkibində sink, mis, manqan, dəmir, natrium, kalium, maqnezium mineralları və A, C, B3, B6, B2, K vitaminləri var və eyni zamanda, ən yaxşı lif qaynağıdır.

Əncir tərkibindəki minerallar və vitaminlərlə hüceyrə yenilənməsini təmin edir. Qan təzyiqinə fayda verir. Çəki nəzarətini təmin edir və piylənmənin müalicəsində istifadə olunur. O, həzmi asanlaşdırır və bu xüsusiyyəti sayəsində bədəninizin zərərli bakteriyalardan qorunmasında rol oynayır. Əncir həmçinin, sümük və diş sağlamlığına müsbət təsir edir.

O, insanı xərçəngdən qoruyur. Əncirin tərkibində olan benzaldehid adlı maddə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır, tərkibindəki antioksidantlar da xərçəng hüceyrələrinin böyüməsinə profilaktik təsir göstərir.

Tərkibindəki antioksidantlar sayəsində qanın və bağırsaqların təmizlənməsində aktiv rol oynayan əncir böyüklərdə meydana gələ biləcək göz və tənəffüs yolu xəstəliklərinə qarşı da müqavimət yaradır. Bununla bərabər dəri xəstəliklərinə də xeyirlidir. Osteoporoz, ekzema, sedef və diabet xəstəliklərinə müsbət təsir göstərir.

Qəbizliyə yaxşı gəlir. Qan təzyiqini də aşağı salır.(Yenisabah.az)

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
e-saglam.az

9Mənbələr