AZ

Hər gün 5 qoz yeyin.. Faydasını eşidənlər qoz-fındıq biznesinə keçəcək

Hər

Gündəlik qoz yemək nəyə xeyirlidir?Effektini eşidənlər qoz-fındıq biznesinə keçəcək.Ulusum.az xəbər veirr ki, vitamin və mineralların tam deposu olan qoz ən sağlam giləmeyvələrdən biridir. Qozları müntəzəm olaraq istehlak etmək, xüsusilə hər gün, bir sıra potensial faydalar gətirir. Ulusum.az onun möcüzəvi təsirlərini təqdim edir:Qoz yüksək Omeqa-3 turşu yağları və antioksidantlarla zəngindir. Bu turşular həm ürəyin sağlamlığını, həm də beyin sağlamlığını qoruyur. Eyni zamanda xolesterinin səviyyəsini aşağı salaraq damarların təmiz qalmasına və düzgün işləməsinə kömək edən qoz həzm sisteminin tənzimlənməsini dəstəkləyir. Qozu müntəzəm olaraq hər gün, xüsusilə də 8 həftə ərzində qəbul etmək bağırsaq sağlamlığının vacib komponentləri olan probiotik və butitrik turşular istehsal edərək faydalı bakteriya növlərini artırır. Digər tərəfdən, hər gün qoz yemək spermanın keyfiyyətini yüksəldir. Güclü antioksidantlara malik qoz xüsusilə polifenol faydası sayəsində müxtəlif xərçəng risklərinin qarşısının alınmasında güclü rol oynayır. İmmunitet sistemini də gücləndirən qoz orqanizmi xəstəlikləreə qarşı qoruyur və orqanizmin müqavimətini təbii yolla artırır. Beləliklə, mütəmadi olaraq qozdan istifadə etməklə, bütün bu faydalardan yararlana bilərsiniz. Beyinin fəaliyyətindən tutmuş, spremaların güclənməsinə, bağırsaqların düzgün işləməsinə qədər... Bir sözlə, heç vaxt xəstələnməyəcəksiniz..Aymirə Ağamirova

Diqqət Çəkənlər

Kredit götürənlərlə bağlı qaydalar dəyişdi

Bank kartlarının qənimi saxlanıldı

Xəzərdə ağır qəza: 3 nəfər öldü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
ulusum.az

9Mənbələr