AZ

Hindistanda silahlı hücum:

Hindistanın Reasi bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb.

Hindistanın baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı və yaralılara ən yaxşı müalicənin tətbiq edilməsi üçün göstəriş verildiyi açıqlanıb.

Xatırladaq kİ, Hindistan və Pakistan arasında mübahisələrin olduğu Kəşmir bölgəsində təhlükəsizlik problemləri var.

Günel Abbas

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
3
bakivaxti.az

7Mənbələr