AZ

Hindistanda avtobusa silahlı hücum: 10 ölü

Hindistanın Cammu və Kəşmir əyalətinin Reasi bölgəsində hinduları məbədə aparan avtobusa hücum edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 10 nəfər ölüb, 33 nəfər yaralanıb. 

Hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb. 

Hindistanın baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı açıqlanıb. 

Qeyd edək ki, Hindistan və Pakistan arasında mübahisələrin olduğu Kəşmir bölgəsində tez-tez oxşar problemlər yaşanır.

Aysu
Demokrat.az
Seçilən
87
1
demokrat.az

6Mənbələr