AZ

Hindistanda silahlı hücum:10 ölü

Hindistanın Cammu və Kəşmir əyalətinin Reasi bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum edilib.

"Cebhe.info" xəbər verir ki, hücum nəticəsində sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.

Qəza nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb.

Hindistanın Baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı və yaralılara ən yaxşı müalicənin tətbiq edilməsi üçün göstəriş verildiyi açıqlanıb.

Seçilən
147
3
cebheinfo.az

6Mənbələr