AZ

Rusiya bu ölkəyə donanma gəmiləri və nüvə sualtı qayığını göndərir

Rusiya donanmasının bir qrup gəmisi, o cümlədən nüvə sualtı qayığı tarixi dostluq münasibətləri çərçivəsində gələn həftə Kubaya səfər edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın “Qorşkov” freqatı, nüvə enerjisi ilə işləyən “Kazan” sualtı qayığı, “Paşin” donanma neft tankeri və “Nikolay Çiker” xilasedici yedək gəmisi iyunun 12-dən 17-dək Havana limanına səfər edəcək.

Kuba dövləti gəmilərin heç birinin nüvə silahı daşımadığını və onların region üçün təhlükəli olmadığını qeyd edib.

“Digər ölkələrin hərbi-dəniz qüvvələrinin səfərləri inqilabi hökumətin dostluq və əməkdaşlıq əlaqələri saxlayan xalqlarla tarixi təcrübəsidir”, - Kuba XİN-in yaydığı bəyanatda deyilir.

Moskva Kubanın verdiyi məlumatı təsdiqləməyib.

ABŞ Dövlət Departamenti və Pentaqonun məlumatına görə, payızda keçiriləcək qlobal dəniz təlimi öncəsi adi manevrlər çərçivəsində bu yay Rusiya ordusunun ABŞ yaxınlığında dəniz və hava fəaliyyətini artıracağı gözlənilir.

“Rusiya Karib hövzəsinə döyüş gəmiləri göndərəcək. Bölgədə təyyarələrin yerləşdirilməsi və ya uçuşları da gözlənilir. Bu yerləşdirmələr Rusiyanın adi dəniz əməliyyatlarının bir hissəsidir və ABŞ üçün birbaşa təhlükə yaratmır”, - Pentaqonun sözçüsü Çarli Dits bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
15
qafqazinfo.az

10Mənbələr